Modern.az

Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO

Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO

23 İyun 2021, 11:28

Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib. Belə ki, şəhidimiz Vüqar Məmmədovun körpəsinə onun öz adı - Vüqar ismi verilib. 

“YAŞAT” Fondundan Modern.az-a verilən məlumata görə, körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

“YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir