Arxiv
23 İyun 2021, 16:41 | TƏHSİL
Bu Universitetə yeni prorektor TƏYİN OLUNDU

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Bu barədə Modern.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib.

Bu gün rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.

Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

“Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir. Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir”.

Rektor yeni prorektora uğurlar arzu edib. Həmçinin AzTU-nun uzun illər Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən İsa Xəlilova uğurlu fəaliyyəti üçün təşəkkürlərini bildirib.


AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


Qeyd edək ki, Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.


2016-cı ildən indiyə kimi Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi vəzifələrində çalışıb. Təhsil Nazirliyində işlədiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələri üçün tədris-metodiki və hüquqi sənədlərin hazırlanmasında iştirak edib. Həmçinin Azərbaycanda keçirilən müxtəlif sosialyönümlü beynəlxalq və yerli tədbirlərdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin və könüllü tələbələrinin iştirakının təmin olunmasında, onların ölkəmizin adının beynəlxalq arenaya çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsində qurumlararası koordinasiyanı həyata keçirib.


Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1 fənn proqramının müəllifidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02 Ərdoğan yanğın bölgələrinə gedir 31 İyul 2021, 13:55 Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində - FOTO 31 İyul 2021, 13:49 Putin yanğına görə Ərdoğana zəng vurdu 31 İyul 2021, 13:48