Arxiv
24 İyun 2021, 09:46 | TƏHSİL
Magistraturaya ixtisas seçiminin vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə proqram və ixtisaslaşma seçimi etmək hüququ olan bakalavrlara müraciət edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi 2021-ci il iyunun 29-dan iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

 

Məlumat üçün qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11615 nəfər olub.

 

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2021-ci il iyunun 29-dan iyulun 5-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistra­tura­larına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Bakalavr hәr iki cәhddә iştirak etdiyi halda müsabiqәdә öz istәyinә әsasәn birinci vә ya ikinci imtahandan topladığı balla iştirak edir. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

 

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir, yəni seçilən bütün ixtisaslaşmalar bakalavrın bitirdiyi ixtisasa görə seçim cədvəlinə əsasən seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proq­ramlar üzrə siyahısı yaxın günlərdə “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq).

 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ərizəsi"ndə proqram və ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi 5 Avqust 2021, 17:50 Rusiya XİN: Bakı KTMT-yə qoşulmaq üçün müraciət etməyib 5 Avqust 2021, 17:46 Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14 Yardımlıdakı meşə yanğını söndürüldü 5 Avqust 2021, 15:00 Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ 5 Avqust 2021, 14:56 Ermənistan parlamenti vitse-spiker seçə bilmir 5 Avqust 2021, 14:53 Müəllimlərin işə qəbulunda test imtahanı mərhələsi başa çatdı   5 Avqust 2021, 14:41 Bakıda tikinti sahəsində ağaclar məhv edilib   5 Avqust 2021, 14:38 İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYA 5 Avqust 2021, 14:27