Modern.az

Serbiya NATO-ya üzv olmayacaq

Serbiya NATO-ya üzv olmayacaq

Dünya

24 İyun 2021, 14:42

“Rusiyanın NATO-nun genişlənməsinə qarşı mövqeyi başa düşüləndir, Serbiya Şimali Atlantika İttifaqının üzvü olmayacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib.

Onun sözlərinə görə, Serbiya prezidentinin rəhbərliyi altında hərbi baxımdan bitərəf olacaq:

 

“Rusiya Federasiyası öz mövqeyini dilə gətirir və bu mövqe tamamilə aydındır. NATO və Rusiya Federasiyasının sərhədlərinə yanaşması təhlükəsizlik baxımından qətiliklə qəbuledilməzdir.

 Biz də parlament qərarı qəbul etdik. Milli müdafiə strategiyasında Serbiyanın NATO-ya üzv olmayacağını açıqlayan bütün lazımlı sənədləri hazır etmişik”.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı