Modern.az

Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat

Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat

Aktual

24 İyun 2021, 15:17

“Ötən dövr ərzində COVİD-19-la mübarizədə Azərbaycan nümunəvi addımlar ata bildi”.

 

Modern.az xəbər verir ki, bunu açılqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, vətəndaşlarımızın sağlamlığını qorumaq üçün zəruri addımlar ataraq bu missiyanın öhdəsindən gəlindi:

“Əksər dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi bu siyasəti nümunəvi addım kimi dəyərləndirdi. Xüsusilə 2021-ci ildə vaksinlərin Azərbaycana gətirilməsi və vətəndaşların peyvəndlənməsi kampaniyasına başlanılması bu günlərdə karantin rejimini şərtləndirən səbəblərdən oldu. Bizim vətəndaşlarımız da qanunlara tabe olaraq həm sosial məsafənin qorunması, həmçinin tibbi maskalardan istifadə olunmasına əməl etdilər. Hal-hazırda isə vaksinasiya göstəricilərinə görə MDB məkanında Azərbaycan liderdir. Ancaq bütün buna baxmayaraq, hələ də vaksin olunmayan vətəndaşlarımız var.

Etiraf etməliyik ki, pandemiya ilə mübarizənin tək çıxış yolu əhalinin ən azından 70-80 faizinin vaksinasiya olunmasından keçir. Bu baxımdan da qarşıda hansısa yeni bir dalğanın qarşısını ala bilmək üçün vaksinasiyanı mütləq həyata keçirməliyik.

 

Sevindirici haldır ki, Azərbaycan dövləti tərəfindən vaksinlə bağlı problem tamamilə aradan qaldırılıb. Əgər başqa ölkələrdə vaksin çatışmazlığı varsa, vaksinlərin əldə edilməsində müəyyən problemlər yaşayırsa, Azərbaycanda bundan fərqli olaraq istifadəsinə icazə verilən vaksinlərin gətirilməsi və peyvəndlənmə prosesi üçün lazımı şərait yaranıb. Hal-hazırda 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları peyvənd vurdura bilərlər və nəticə etibarı ilə həm “kovid pasportu” əldə edirlər, həmçinin də immunitetə görə sertifikat əldə etmək olur. Bu da istər istəməz həmin vətəndaşların tədbirlərdə, bir çox obyektlərdə olmalarına imkan verir ki, bu da mənim fikrimcə vətəndaşlar üçün çox müsbət irəliləyişdir”.Deputat qeyd edib ki, xaricə səfər zamanı da PCR testlərinə ehtiyac yoxdur:

“Bir çox ölkələr “kovid pasportu” və immunitet sertifikatı ilə səyahətlərə icazə verir. Bir sözlə, biz bu gün dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləməliyik və bu siyasətə kölgə düşürməməliyik. Bu gün vaksinasiyanı etməliyik ki, bizi qarşıda yeni təhlükələr, təhdidlər gözləməsin, baş verə biləcək hansısa bir dalğa olmasın və yaxud olacağı təqdirdə biz bu dalğanı asanlıqla dəf edə bilək. Hamının vaksinasiya olunmasına zərurət var, hər kəsi vaksinasiyada aktiv olmağa dəvət edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər