Modern.az

Olimpiadaya qatılacaq altı ölkənin yığmalarına CİDDİ nəzarət - Qərar

Olimpiadaya qatılacaq altı ölkənin yığmalarına CİDDİ nəzarət - Qərar

27 İyun 2021, 16:51

Yaponiya hökuməti Tokio Olimpiadasına qatılmaq üçün buraya gələcək “Delta” ştamının geniş yayıldığı altı ölkənin yığma komandasına nəzarəti gücləndirəcək.

 

Modern.az  “Yomiuri” qəzetinə istinadla xəbər verir ki, bu nəzarət Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstan yığmalarına tətbiq ediləcək.

 

Bildirilir ki, həmin yığmalar Yaponiyaya yola düşməzdən bir həftə əvvəldən başlayaraq, hər gün COVID testi verməlidirlər. Həmçinin, həmin dövrdə və Yaponiyaya gəldikdən sonra üç gün müddətində bu idmançılar öz məşqçilərindən və komanda üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmamalıdırlar.

 

Qeyd edilir ki, artırılmış tələblər iyulun 1-dən qüvvəyə minəcək. Digər idmançılar isə Yaponiyaya gəlməzdən 96 saat əvvəl iki koronavirus testi verməlidirlər.

 

Xatırladaq ki, Tokio Olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

 

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, “Delta” ştamı artıq 85 ölkədə qeydə alınıb.

 

“Tokio-2020”nin təşkilat komitəsi bu ərəfədə paytaxtın Olimpiya obyektlərində spirtli içkilərin satışını qadağan edib. Eyni zamanda, tamaşaçıların idman obyektlərinə özləri ilə spirtli içkilər gətirməsi də qadağan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir