Arxiv
30 İyun 2021, 10:42 | REPORTAJ
Şəhid olmazdan öncə üzünü görə bilmədiyi oğluna ad qoydu - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıda 10 hərbi qulluqçumuz itkin düşmüş sayılırdı. Ötən həftə iki şəhidimizin nəşi tapıldığından, itkin hərbçilərimiz hazırda 8 nəfər təşkil edir.


Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə sonbeşiklərini görmədən bu dünyadan köçdülər.


Körpəsinin üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Zaur Ələsgərlidir.

Arayış: Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində dünyaya göz açıb. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbi bitirib. 2015-ci ildən hərbi sahədə olan Z.Ələsgərli xidmətini başa vurandan sonra mülki həyata qayıtmayıb. Belə ki, o, 2018-ci ildə miçman kimi Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Vətən müharibəsində iştirak edən Zaur 2020-ci il oktyabrın 31-də  Xocavənd rayonun Qırmızı Bazar ərazisində müqəddəs şəhidlik zirvəsinə ucalıb. Ötən il noyabrın 1-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

                     

Şəhidin döyüş yolu və övladlarına olan arzuları barədə həyat yoldaşı Vəfa Ələsgərli Modern.az-a danışıb.

 

“Hərbi Dəniz Qüvvələrində micman idi. Müharibə başlayandan döyüşlərə qatılıb. Xocavəndə qədər olan bütün döyüşlərdə iştirak edib. Qubadlını 24 nəfərlə bir neçə saata işğaldan azad ediblər.
Zaur sonuncu dəfə mənimlə oktyabrın 30-u danışdı. Əvvələr zəng edəndə adətən  az danışardı. Lakin həmin gün bir neçə dəfə zəng vurdu və çox danışdı. Normal olaraq, hər zamankı kimi söhbətləşdi. Son sözü “uşaqlardan da, özündən də muğayat ol” oldu. Həmin an nə demək istədiyini başa düşmədim. Telefonu söndürdükdən sonra niyə belə dediyini düşündüm. Yenidən zəng etdim. Artıq telefonu söndürülmüşdü. Ondan sonra əlaqə kəsildi....
Oktyabrın 31-i Xocavənd döyüşlərində şəhid oldu. Prezidentin sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub”.


Vəfa xanım deyir ki, Zaur onun üçün ölməyib, özü bu dünyadan nə vaxt köçsə, onda Zaur da öləcək:


“Mən yoldaşımla tələbəlik illərində tanış olmuşam. Biz Zaurla 5 il bir-birimizi sevmişik. Üç il idi ki, ailə qurmuşduq. Mən sanki dünyaya gözümü Zaurla açmışdım.

İkinci övladımızın olacağından xəbəri var idi. Müharibə başlamazdan öncə uşağa nə ad qoyacağımızı düşünürdük, internetdə adlara baxırdıq. Soruşdum ki, Ayaz adı necədir? Dedi ki, gözəl, ağılabatan addır.  Müharibəyə getdi, oradan zəng vurmuşdu. Yadına saldım ki, uşağın adı hələ yoxdur. Dedi ki, niyə yoxdur, onun adı Ayaz olacaq.  
Zaur övladına hər şeyi edirdi. Həmişə deyərdi ki, mən özüm çox çətinliklər çəkmişəm, imkan vermərəm ki, övladlarım çətinlik üzü görə.  İşdən yorğun gəlsə də, bunu qəti şəkildə evdə bizə hiss etdirməzdi. Deyirdi, gülürdü, uşaqla oynayırdı. Çox mülayim və gülərüz insan idi.
İndi balaca oğlum Ayaz da eynən atası kimidir. Simadan da atasına oxşayır. Zaur bir ömür boyu mənim qəlbimdə yaşayacaq. Mən nə vaxt bu dünyadan köçsəm, ondan sonra Zaur da öləcək. Mən varamsa, o da var. O mənim üçün tam başqa insan olub. Şəhid  ailələrinə Allahdan səbr diləyirəm”.

   

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27
SORĞU Hansı vaksinə etibar edirsiniz?