Arxiv
1 İyul 2021, 15:25 | REPORTAJ
Yaşasaydı 33 yaşı olacaqdı - 5 yaşında Qarabağdan çıxdı, 32 yaşında qayıdıb ŞƏHİD OLDU

Bu gün – 1 iyul Vətən müharibəsində şəhid olmuş mayor Elsevər Paşayevin doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Elsevər Vaqif oğlu Paşayev 1 iyul 1988 - ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub.

Elsevər 5 yaşı olanda - 1993-cü ildə ailəsilə birlikdə doğma torpağından - Cəbrayıldan didərgin düşüb.

1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kəndində fəaliyyət göstərən Cəbrayıl köçkün məktəbində təhsil alıb.

2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Ali hərbi məktəbi motoatıcı ixtisası üzrə bitirərək, 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə bölük komandiri vəzifələrində xidmət edib.

E.Paşayev bir neçə xarici dil bilirdi.

Elsevər Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdu. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında olub.

2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib.

Cəsur zabit 2016-cı ilin “Aprel döyüşləri”ndə də iştirak edib.

2017-ci ildə qüsursuz xidmətinə görə 3- cü dərəcəli medalla təltif olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin fəal iştirakçısı olub. Döyüş başlayan andan həmişə əsgərləri ilə öndə gedib.

Elsevər Paşayev döyüşlərə kapitan rütbəsində başlamışdı. 

Qibadlı döyüşlərində zabitimiz yaralanır. Az sonra Elsevər Paşayevə mayor rütbəsi verildiyi barədə xəbər çatdırılır.  Yaralı olmasına baxmayaraq, bu xəbərdən sevincini gizlədə bilmir.

Mayor Paşayev Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıda gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, 4 gün komada qalan komandir oktyabrın 25-i şəhid olub.


Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

E.Paşayevin 2 qız övladı yadigar qalıb.

Beləliklə, 5 yaşında Qarabağı tərk edən Elsevər Paşayev 32 yaşında qayıdıb orada şəhid oldu.

Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva deyir ki, Elsevər hərb peşəsinə o qədər bağlı idi ki, hətta övladları ilə bərabər tuturdu. O, zabitimizin hər zaman Vətən həsrəti çəkdiyini, dogma torpaqlara yenidən ayaq basmağı arzuladığını, qisas hissi ilə alışıb-yandığını deyir.

Xəyalə xanımın sözlərinə görə, Elsevər Paşayeva mayor rütbəsi Qubadlının işğaldan azad edilməsində göstərdiyi şücaətə görə verilib.

“2020-ci ilin iyul ayında general-mayor Polad Həşimov Tovuz döyüşlərində şəhid olanda Eklsevər Əfqanıstan təlimlərindən yencə qayıtmışdı. Onda gedib Polad Həşimobvun məzarını ziyarət etdi. Soruşdum ki, sən generalı hardan tanıyırsan, cavab verdi ki, biz onunla “Aprel döyüşləri”ndə birgə iştirak etmişik”, - şəhid xanımı deyir.

Xəyalə Paşayevanın sözlərinə görə, Elsevər sonuncu dəfə ona 2020-ci il oktyabrın 18-də zəng vurub:

“Hələ bu zəngdən əvvəl xeyli mesaj yazmışdı ki, özündən muğayat ol, uşaqları qoru. Soruşurdum ki, niyə belə mesajlar yazırsan, deyirdi “həyatdı, hər şey ola bilər”. Müharibəyə gedəndə mənə demişdi ki, savaşdan ya qəhrəman kimi qayıdacaq, ya da şəhid kimi”.

Xəyalə Paşayeva deyir ki, Elsevər Ağcabədidəki xəstəxanada 4 gün komada qalanda, o da tibb müəssisəsinin həyətində gecə-gündüz dualar edib. Amma bu dualar zabitimizi şəhidliyə ucalmasının qarşısını ala bilməyib:

“Elsevər hər zaman əsgərinin önündə gedib. Onları çox istəyirdi, birinə nəsə olanda, özünə yer tapa bilmirdi. Buna görə bütün əsgərləri deyir ki, Elsevər onlar üçün təkcə komandir deyil, həm də qardaş olub”.

Xanımının sözlərinə görə, şəhid mayor hər zaman arzulayırmış ki, qızları böyüyəndə həkim olsunlar.

“Qızlarına çox bağlı idi. Amma mən çalışacam ki, qızları Elsevər kimi hərbi sahədə xidmət etsinlər, onun davamçıları olsunlar.
Mən fəxr edirəm ki, qızlarımın elə bir atası olub, qürurluyam ki, yoldaşım şəhiddir, qəhrəmandır”.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, Prezidentin sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib. 

2021-ci il yulun 1-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki köçkün şəhərciyində şəhidimizin ad günü münasibətilə büstünün açılışı olub.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27 Məğlub xalq sindromunu sındıran Zəfərin bir ili   25 Sentyabr 2021, 11:20 Sumqayıtda iki azyaşlı oğurlanıb? - DİN-dən açıqlama 25 Sentyabr 2021, 11:13 7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY 25 Sentyabr 2021, 11:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?