Modern.az

Doğulacaq oğluna ad qoydu, şəhid oldu, üzünü görə bilmədi - FOTOLAR

Doğulacaq oğluna ad qoydu, şəhid oldu, üzünü görə bilmədi - FOTOLAR

3 İyul 2021, 08:01

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2906 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 30 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıda 8 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimizin sırasında ata olacağını bilən, amma o hissi yaşamadan həlak olanlar var.

 

Modern.az-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.

 

Doğulacaq körpəsini görmədən bu dünyadan köçən şəhidlərimzdən biri də Elgün Əmiraslanovdur.

 

Arayış: Elgün Əmiraslanov 1995-ci il aprel ayının 25-də Göygöl rayonunda anadan olub. Rayonun E.Vəliyev adına 5 nömrəli məktəbini bitirib. Vətən müharibəsi zamanı sentyabrın 27-də Murov istiqmətində gedən döyüşlərdə şəhid olub. 2020-ci il dkabrın 2-də Göygöl rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

 

Şəhidin xanımı Bənövşə Əmiraslanova həyat yoldaşı barədə Modern.az-a danışıb.

 
“Sentyabrın 27-i Kəlbəcərdə Qaragöl yaxınlığında 4 hərbçi yoldaşı ilə birgə vuruşub ən ağır postlardan birini alıb, 90-a yaxın erməni hərbçini məhv ediblər. Həmin gün özü ilə bərabər üç döyüş yoldaşı şəhid, biri isə qazi olub. Elgünün nəşi neytral zonada qaldığına görə, 3 ay itkin sayıldı. Dekabrın 2-si nəşi tapıldı və Göygöl rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırdıq. Ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub”.

 

Bənövşə xanım deyir ki, şəhidimizə balasının ilk ad gününü görmək qismət olmadı:

 

“Yoldaşım məni peşə məktəbində oxuduğum zaman görüb bəyənmişdi. 2018-ci il noyabrın 25-də ailə qurduq.
Elgün hər zaman deyərdi ki, bizi heç kim ayıra bilməz, amma ölüm ayırdı.
Onun oğlumuzun dünyaya gələcəyindən xəbəri var idi. Elgün  müharibədə olarkən övladım bətnimdə 6 aylıq idi. Körpəmizin adını Onur qoymuşdu, “mənim qürurum, onurum olacaq” deyərdi. Hərbçi yoldaşına deyibmiş ki, “maşın alacam, oğlumu öz maşınımla xəstəxandan çıxaracam”.
Qızımızın da adını özü qoymuşdu. Nişanlı olduğumuz vaxtlarda “qızım olsa, adını Aysu qoyacam” demişdi. Allah qismət etdi, qızımızın adını özü qoydu. Aysuya həmişə həsrətlə baxardı, deyirdi ki, işdən gecə gəlirəm onunla vaxt keçirə bilmirəm.
Oktyabrın 4-ü qzımızın ad günü olacaqdı. Çox həvəsli idi, amma qismət olmadı, balasının ilk ad günün görə bilmədi. Elgün çox sakit bir insan, gözəl ata və dəyərli həyat yoldaşı idi”.

 

Humay İsgəndərova

                                            

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir