Modern.az

Hərbi ekspert Ermənistanın mina xəritələrinin etibarlılığına İNANMIR

Hərbi ekspert Ermənistanın mina xəritələrinin etibarlılığına İNANMIR

Qarabağ

5 İyul 2021, 16:38

Ermənistan may ayında Azərbaycanda saxlanılan 15 diversantın azad olunması qarşılığında Ağdamda 97 min tank və piyada əleyhinə minanın yerini göstərən xəritənin rəsmi Bakıya verdi. O zaman baş nazir Nikol Paşinyan mina xəritələrin az bir hissəsinin verildiyini söyləmişdi.


Ötən gün isə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri də Rusiyanın təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi də məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni hərbçini Ermənistana təhvil verib.


Ermənistanın siyasi rəhbərliyinin Qarabağdakı mina problemindən azərbaycanlıların doğma vətənlərinə qayıdışını ləngitmək və insanları təşviş altında saxlamaq üçün isitfadə etdiyi sirr deyil.


Bəs Ermənistanın təhvil verdiyi mina xəritələrinin etibarlılığına nə dərəcədə inanmaq olar?


Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a deyib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini çoxdan Azərbaycana təhvil verməli idi:


“Ermənistanın nümayiş etdirdikləri “hoqqa” beynəlxalq hüquq normalarına həqarətdir. Ermənistan ağır məğlubiyyətdən sonra minalanmış ərazilərin xəritələrini Azərbaycana çoxdan təhvil verməli idi. İndi minalanmış ərazilərin xəritələri verdiklərinə görə Avropa İttifaqının bərli-bəzəkli rəhbərləri bəh-bəhlə Ermənistanın addımını alqışlayır, bunun mütərəqqi addım olaraq qiymətləndirirlər. Bununla onlar Ermənistan kimi cırtdan bir dövlət qarşısında öz acizliyini, gücsüzlüyünü etiraf etmiş olurlar. Böyük dövlətlər Ermənistandan hər zaman bir vasitə kimi istifadə ediblər. Xəritə məsələsi ilə də əllərinə bir bəhanə düşüb. Onsuz da Ermənistan o xəritələri verməsəydi, biz ərazilərimizi təmizləyəcəkdik. Mina xəitələri bu prosesləri bir qədər tezləşdirmək üçündür. Vətəndaşların öz doğma yurdlarına qayıtmaları üçün bu işləri sürətləndirməliyik.


Rusiya sülhməramlıları silahlı erməni terrorçularının nə üçün Azərbaycan ərazisinə buraxıldıqlarına dair açıqlama verməli idi. General Rüstəm Muradov bunlar haqqında danışmır. Ancaq kamera qarşısında poza verir. Guya ki, böyük qəhrəmanlıq edib.


Əminliklə deyirəm ki, Rusiyan ilə yanaşı, digər ölkələr də regionda gərginliyin davam etməsində maraqlıdır. Və onlar bundan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Azərbaycan yəqin ki, buna uzun müddət imkan verməyəcək. Dünən də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlıları ifadəsini artıq rəsmi sənədə əlavə edib. Bu ifadənin özü də çox şeyi deyir. Onların müvəqqəti yerləşdiyini bildirir. Yəni vəzifələrini yerinə yetirəcəklərsə, qalacaqlar, yetirməyəcəklərsə, tərk edəcəklər”.


Ü.Cəfərov Ermənistanın xəritə məsələsində beynəlxalq hüquqdan sui-istifadə etdiyini qeyd edib:


“Mina xəritələrinin 100 faiz dəqiq olmasına qətiyyən inanmıram və onu sübut etməyə də hazıram. Erməni nə vaxtdan hərbi qanunla oturub-durub ki, hansı minanın hansı dərənlikdə, hansı ərazidə basdırılmasının bir sxemini də çəksin. Onlar sadəcə olaraq təxmini xəritələr verirlər. Ermənilər o ağılın yiyəsi deyil ki, xəritə tətbiq etsinlər. Bu Rusiyanın Ermənistanla bir yerdə oynadığı oyunlardır. Bunun oyun olduğunu bir müddətdən sonra özümüz də eşidəcəyik. Onu bilirəm ki, bu xəritələr olsaydı, çoxdan o haqda danışardılar. Bunlar sonradan Rusiyanın Ermənistanla birlikdə çəkib çızdığı kağız parçalardır. Onlar canlarını qurtamaq üçün bu variantdan istifadə edirlər. Hər halda Azərbaycan tərəfi də bütün bunları yəqin ki, bir müddətdən sonra rəsmi şəkildə açıqlayacaq”.


Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi