Modern.az

60 yaşını qeyd edən jurnalist Araz Zeynalov ƏMƏLİYYAT OLUNACAQ

60 yaşını qeyd edən jurnalist Araz Zeynalov ƏMƏLİYYAT OLUNACAQ

Media

7 İyul 2021, 12:05

Bu gün rusdilli Vesti.az saytının baş redaktoru, tanınmış jurnalist Araz Zeynalovun doğum günüdür. Təcrübəli həmkarımızın 60 yaşı tamam olur. Təəssüf ki, yüzlərlə jurnalist yetişdirən Araz müəllim yubileyini dostlarının əhatəsində qeyd edə bilmir, xəstəlik buna imkan vermir.


Qeyd edək ki, xeyli vaxtdır A.Zeynalovun səhhətində problem yaranıb. O, kardioloji xəstəlikdən əziyyət çəkir.


Modern.az-
ın əməkdaşı Araz Zeynalovla əlaqə saxlayaraq, öncə onu ad günü münasibətilə təbrik edib, daha sonra səhhəti və fəaliyyəti ilə maraqlanıb.

 
Araz müəllim yaxın zamanda əməliyyat olunacağını bildirib:


“Ürəyimdə problem var idi. İnfarkt keçirmişəm və hazırda müalicə olunuram. Yaxın zamanda əməliyyat olunacam. Bu elə bir xəstəlikdir ki, birdən-birə sağalmaq mümkün deyil. Ağrıdığım vaxtdan - may ayından işə çıxa bilmirəm. Prezidentə olunan müraciətim diqqətdə saxlanıldı və mənə kömək edildi, minnətdaram”.

Xatırladaq ki, bir qrup media təmsilçisi Araz Zeynalovun səhhətində yaranmış ağır durumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, kömək istəmişdilər.

A.Zeynalov "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra "Panorama" qəzetinin baş redaktoru olub. O, uzun illərdir rusdilli "Vesti.az" saytına rəhbərlik edir.

 


Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı