Arxiv
11 İyul 2021, 20:04 | REPORTAJ
Srebrenitsa qətliamı - Avropa müsəlmanlarının Xocalı soyqırımından sonrakı QIRĞINI

11 iyul tarixi Avropa müsəlmanlarının soyqırımı günüdür.

 

Modern.az-ın məlumatına görə, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı Bosniyadakı serb silahlılarının 1995-ci ilin iyulunda 8300-dən çox bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirdiyi Srebrenitsa soyqırımdan 26 il ötür.


1990-cı illərdə keçmiş Yuqoslaviyanın parçalanması ilə bu ərazidə bir neçə müstəqil respublika yarandı ki, onlardan da biri Bosniya və Hersoqovina idi. O zaman əhalisini bir neçə millət təşkil edən Bosniya və Hersoqovinada qanlı müharibə getdikcə alovlanırdı. 

Bosniya və Hersoqovinada əslində eyni kökənli olan, ancaq din və məzhəbin ayırdığı üç xalq (boşnaklar müsəlman, xorvatlar katolik, serblər isə pravoslav idilər) bir-birlərinə qarşı savaşırdılar. Serblər digər xalqlarla münasibətdə daha çox qəddarlıq nümayiş etdirirdilər. Onların Srebrenitsada törətdikləri qətliam dünya tarixinin ən böyük hərbi cinayətlərindən biri hesab olunur.


Bosniya və Hersoqovinanın Srebrenitsa şəhəri Serbiya ilə sərhəddə yerləşirdi. Hər tərəfdən serblərlə əhatə olunmasına baxmayaraq, burada müsəlmanlar əksəriyyət təşkil edirdilər. 


Hərbi toqquşmaların ilk günlərində, 1992-ci ilin aprelində Bosniya serbləri Srebrenitsanı ələ keçirdilər. Lakin may ayında müsəlmanlar şəhəri geri qaytardılar. Sonrakı hərbi əməliyyatlar zamanı Srebrenitsa ətrafında 900 kv km ərazini əhatə edən anklav yaratmaq mümkün oldu. Lakin boşnakların blokadanı yarıb digər ərazilərə çıxış əldə etmək cəhdi baş tutmadı. 

Serb qüvvələrinin nəzarətinə keçən digər şəhər və kəndlərdə isə etnik təmizləmələr aparılırdı. Bu təmizləmələr qətliamlarla müşayiət olunurdu.

1993-cü ilin əvvəlində serblərin əlinə keçən ərazilərdəki boşnaklar Srebrenitsaya sığınmağa məcbur oldular. Əhalisi xeyli çoxalan və mühasirəyə düşən şəhərdə ərzaq, dərman, içməli su çatışmazlığı yaşanırdı. Mart və aprel aylarında bir neçə min boşnak BMT-nin strukturlarının köməyilə anklavdan təxliyə edildilər.

1993-cü il aprelin 16-da BMT TŞ-nın qəbul etdiyi 819 saylı qətnaməyə görə Srebrenitsa və ətrafı təhlükəsizlik zonası elan olundu. İki gün sonra şəhərə BMT-nin sülhməramlı qüvvələr daxil oldu. Onlar 600 nəfər hollanddan ibarət idi.

Buna baxmayaraq, serblər Srebrenitsaya humanitar yardım daşınmasına əngəllər yaradırdılar.  Sülhməramlılar isə heç nə edə bilmirdilər.

1995-ci ilin baharında Srebrenitsa ətrafında vəziyyət daha da pisləşdi.

1995-ci il iyulun 6-da serb qüvvələri Srebrenitsa üzərinə hücuma keçdilər. Hücumlara general Ratko Mladiç başçılıq edirdi. O zaman Bosniya və Herseqovinanın serblər yaşayan ərazilərində yaradılmış qanunsuz Serb Respublikasının rəhbəri Radovan Karaciç iyulun 9-da şəhəri tutmaq barədə göstəriş vermişdi.

Beynəlxalq birlik, o cümlədən sülhməramlılar isə Srebrenitsanın xilası üçün heç nə etmədi. 
 

Srebrnitsa qətliamından öncə general Mladiç kameralar qarşısında demişdi ki, şəhərdə türklərdən (bölgədəki müsəlman əhali türk adlanırdı) intiqam almaq vaxtı gəlib çatdı.

İyulun 11-də serb qüvvələri Srebrenitsaya daxil oldular. Dinc əhali və boşnak silahlı qüvvələri müxtəlif yollarla xilas olmağa çalışırdılar. Onlardan bəziləri meşələr vasitəsilə müsəlmanların nəzarətində olan başqa ərazilərə keçməyə çalışırdılar. Amma minlərlə boşnak serb quldurların əlindən canını qurtara bilmədi.

İyulun 14-də dünya mətbuatında Srebrenitsada kütləvi qətllər baş verməsi barədə ilk məlumatlar işıq üzü görməyə başladı. Bu məlumatlarda bildirilirdi ki, bir neçə gün ərzidə 10-65 yaş arası 7-8 min dinc boşnak qətlə yetirilib. Bu insanlar bəzən qətldən öncə amansız işgəncələrə məruz qalmışdılar. Bəziləri hətta diri-diri torpağa gömülmüşdü.

Hadisələr zamanı gənc qadınların, qızların zorlanması kütləvi hal almışdı. Əksər hallarda bu digərlərinin, o cümlədən qadının yaxın qohumlarının gözü qarşısında baş verirmiş. Uşaqlara, qocalara amansız işgəncələr verilmiş, kütləvi halda diri-diri yanıdırılmar, güllələnmələr baş vermişdi.

İnsanlığa sığmayan, haqq qazandırılması əsla mümkün olmayan Srebrenitsa soyqırımı II Dünya müharibəsindən sonra Avropada törədilən ən irimiqyaslı qətliam idi.

Bu qətliam həm də II Dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırımı aktıdır.

 

Serb quldurlarının başçısı Radko Mladiç üç gündə 8300-dən çox dinc sakini (uşaq, qadın, qocalar da daxil) yalnız müsəlman olduğu üçün qətlə yetirmişdi.

Srebrenitsa qətliamı Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın araşdırdığı əsas hadisələrdən biri oldu.

Bosniyadakı keçmiş Serb Respublikasının ilk və son prezidenti Radovan Karaciç uzun müddət gizlənəndən sonra 2008-ci ilin iyulunda həbs edildi. Haaqaya ekstradisiya olunan Karaciç 2016-cı ildə 40 il müddətinə azadlıqdan məhrum edildi. 2019-cu ilin martında isə Apelyasiya palatası cəzanı daha da sərtləşdirərək, bu cəzanı ömürlük həbslə əvəz etdi.

Serb general Ratko Mladiç isə 2011-ci ildə həbs olundu. Beynəlxalq tribunal onu ittiham olunduğu 10 maddədən doqquzuna təqsirli bildi. 2017-ci ilin noyabrında general Mladiç ömürlük azadlıqdan məhkum edildi.

Qeyd edək ki, Srebrenitsa qətliamından cəmi iki il yarım öncə - 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində də soyqırımı törədilmişdi... Təəssüf ki, dünya birliyi hələ ki ermənilərin törətdiyi Xocalı soyqırımına layiq olduğu qiyməti verməyib. 

 

A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34 Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılar 25 Sentyabr 2021, 11:27 Məğlub xalq sindromunu sındıran Zəfərin bir ili   25 Sentyabr 2021, 11:20 Sumqayıtda iki azyaşlı oğurlanıb? - DİN-dən açıqlama 25 Sentyabr 2021, 11:13 7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY 25 Sentyabr 2021, 11:06 İcra başçısı və deputat Şəhidin ailəsini ziyarət ediblər 25 Sentyabr 2021, 10:55
SORĞU Hansı vaksinə etibar edirsiniz?