Modern.az

Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir

Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir

23 İyul 2021, 19:00

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması beynəlxalq münasibətlər sistemində, diplomatiya tarixində nadir hadisələrdən biridir və 120 ölkənin belə bir təşəbbüslə çıxış etməsi Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə olan yüksək etimadın göstəricisidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

O bildirib ki, Azərbaycanın Quşulmama Hərəkatına sədrliyi dönəmində üzv dövlətlər ölkəmizin nə qədər mühün təşəbbüslərlə çıxış etdiyinin, öhdəliklərinə sadiq qaldığının, yüksək təşəbbüskarlığının, qlobal çağırışlara çevik cavab verdiyinin və çağırışlara qarşı birgə müqaviməti təşkil etmə bacarığının şahidi oldular:

 

“Şübhəsiz ki, cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, dövlətimizin bütün təzyiqlərə, təhdidlərə baxmayaraq beynəlxalq hüququ və ədaləti bərpa etməsi Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin ölkəmizə olan etimadının daha da yüksəlməsində önəmli rol oynadı. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının yaranma səbəblərindən biri də qlobal məsuliyyəti olan təşkilatların beynəlxalq hüququn prinsiplərinə münasibətdə ikili standartlardan çıxış etməsidir. Azərbaycan Prezident İlham Əliyevin iti zəkası, uzaqgörənliyi, Ordumuzun rəşadəti ilə beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etməyi bacaran, ədaləti bərqərar edən güc presidenti yaratdı ki, bu da ölkəmizin təkcə Qoşulmama Hərəkatında deyil, eyni zamanda bütün dünyada nüfuzunun yüksəlməsində müstəsna rol oynadı”.

 

Deputat ölkəmizin çoxvektorlu xarici siyasət kursunun uğurla davam etdiyini qeyd edib.

 

A.Kərimli əlavə edib ki, Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı münasibətlər qurmağı bacaran azsaylı dövlətlərindən biridir:

 

“Çox qısa bir zaman ərzində Avropa İttifaqı prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri gerçəkləşdi. Hər iki səfər çərçivəsində keçirilən görüşlərdə, biz həm Avropa İttifaqının, həm də Rusiyanın ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerinə verdikləri önəmin şahidi olduq. Bunun da əsas səbəbi, Azərbaycanın müstəqil, öz maraqlarına xidmət edən siyasətidir. Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfəri zamanı biz ölkəmizlə bu subregional dövlətlər birliyi arasında əməkdaşlığın inkişafı üçün yeni perspektivlərin yarandığının şahidi olduq. Eyni mənzərə Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı da nəzərə çarpdı və məlum oldu ki, hazırda iki dövlət arasında əməkdaşlığın inkişafı üçün yeddi yol xəritəsinin üzərində iş gedir və hər bir sahə üzrə müsbət nəticələr var. Ən önəmli məqamlardan biri də odur ki, həm Azərbaycan, həm də Rusiya müharibənin və münaqişənin başa çatdığını düşünür və hesab edirlər ki, Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməli və aradan qaldırılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi