Modern.az

Tacikistandan 100 min əfqan qaçqına \"yaşıl işıq\"

Tacikistandan 100 min əfqan qaçqına \

23 İyul 2021, 20:35

Tacikistan 100 min Əfqanıstan qaçqınını sərhədyanı ərazilərdə yerləşdirməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar Komitəsi sədrinin müavini İmamali İbroximzoda məlumat verib.

 

“Lazım olarsa bundan da artıq qaçqın qəbul edə bilərik. Biz hazırda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla iş aparırıq. Yaxın vaxtlarda Xaroq şəhəri yaxınlığında iki anbar istifadəyə veriləcək. Bu anbarlarda əfqan qaçqınları üçün ərzaq məhsulları, çadırlar, yataq ləvazimatı, gigiyena vasitələri saxlanacaq”, - deyə İ.İbroximzoda bildirib.

 

Onun sözlərinə görə, iyulun əvvəllərində Tacikistan ərazisinə keçən 1574 əfqan hərbçisi bu günlərdə xüsusi reyslərlə Kabil və Məzari-Şərif şəhərlərinə göndərilib.

 

Xatırladırıq ki, indiyədək Tacikistana 1512 mülki vətəndaş pənah gətirib. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...