Modern.az

“Real”ın hücumçusu koronavirusa yoluxdu

“Real”ın hücumçusu koronavirusa yoluxdu

23 İyul 2021, 23:13

Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kərim Benzema koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi “Twitter” səhifəsində dərc edilib.

 

“Kral klubu”ndan bildirilib ki, 33 yaşlı futbolçu AVRO-2020-dən sonra tətildə olub. Bir neçə gün əvvəl isə çıxış etdiyi klubun düşərgəsinə qayıdıb.

 

Xatırladaq ki, 2020-2021-ci il mövsümündə K.Benzema “Real”ın heyətində 46 rəsmi oyuna çıxıb və 30 qolla yadda qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi