Modern.az

Rusiyada hərbi dəniz paradı keçirildi – FOTO

Rusiyada hərbi dəniz paradı keçirildi – FOTO

25 İyul 2021, 16:49

Rusiyada Hərbi Dəniz Qüvvələrinin 325 illiyi qeyd edilib.

 

Modern.az yerli KİV-ə istinadla xəbər verir ki,  bu münasibətlə ölkənin bir çox yerlərində hərbi paradlar təşkil olunub.

 

Mərkəzi parad Sankt-Peterburq vilayətinin Kronştadt liman şəhərində, Neva çayı akvatoriyasında baş tutub.

 

Tədbirə ölkə prezidenti Vladimir Putin də qatılıb.

 

Paradda 200-dən çox gəmi və 15 mindən çox şəxsi heyət iştirak edib. Hərbi keçidə İranın “Səhənd” və “Makran” gəmiləri də qoşulub.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir