Modern.az

İdmançılara 30 saniyəlik maska icazəsi 

İdmançılara 30 saniyəlik maska icazəsi 

Dünya

25 İyul 2021, 19:38

Tokio Olimpiadasında fəxri kürsüdə yer alacaq idmançılara mükafatlandırma zamanı tibbi maskanı çıxarmağa icazə veriləcək.

 

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

 

Qərara əsasən, mükafatlandırma mərasimi zamanı idmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar. Bu addım onların şəkil çəkdirməsi üçün nəzərdə tutulub. Sonra tibbi maskadan istifadə mütləqdir.

 

BOK, həmçinin gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına - fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir