Modern.az

Fransada etirazçılarla polis arasında toqquşma

Fransada etirazçılarla polis arasında toqquşma

25 İyul 2021, 20:06

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan yeni məhdudiyyətlərə qarşı ötən gün keçirilən etiraz aksiyasının 71 iştirakçısı saxlanılıb.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, yalnız Parisdə 24 etirazçı saxlanılıb, onlardan 21 nəfəri həbs edilib.

 

Bildirilib ki, etiraz aksiyası zamanı 27 polis və 2 jandarma əməkdaşı xəsarət alıb, etirazçılar arasında xəsarət alan olmayıb.

 

Qeyd edək ki, ötən gün keçirilən etiraz aksiyalarında ümumilikdə 161 min, o cümlədən Parisdə 11 min nəfər iştirak edib. Etirazçılar və polis əməkdaşları arasında toqquşmalar əsasən Lion, Nanat və Tuluza şəhərlərində baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır