Arxiv
26 İyul 2021, 20:15 | PARLAMENT
Sahibə Qafarova AKP nümayəndə heyəti ilə görüşdü - FOTO

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, parlamentin Sədri qonaqları səmimi salamlayaraq Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır.

 

Sahibə Qafarova

Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.

 

 

Spiker daha sonra hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töfhələr verir.

 

Sahibə Qafarova Azərbaycan və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibəti ilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların Türkiyəli dostlarını da qəlbən sevindirib.

 

 

Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.

 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?