Modern.az

Bakıda bu yollarda tıxac var - SİYAHI 

Bakıda bu yollarda tıxac var - SİYAHI 

Aktual

27 İyul 2021, 08:42

Hazırda paytaxt yollarındakı vəziyyət açıqlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu gün səhər saatlarında bəzi küçələrdə tıxac yaranıb.

 

Həmin yolların siyahısını təqdim edirik:

 

1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, “20 Yanvar” dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

 

2. Qara Qarayev prospekti – Əsas yol və Köməkçi yol (“Neftçilər” metrostansiyasından başlayaraq, “Koroğlu” metrostansiyası istiqamətində) sıxlıq

 

3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda, Heydər Əliyev prospekti istiqaməti) sıxlıq

 

4. Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq

 

5. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq

 

6. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

 

7. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq

 

8. Binəqədi şoss esi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq

 

9. Ziya Bünyadov prospekti – Əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq “20 Yanvar” dairəsi istiqamətində) sıxlıq

 

10. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var