Modern.az

Azərbaycan cüdoçusu mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu mübarizəni dayandırdı

27 İyul 2021, 10:00

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki,  Olimpiadanın beşinci günü Azərbaycan yığmasının daha bir cüdoçusu Murad Fətiyev mübarizəyə qoşulub. Təəssüf ki, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz də yarışla erkən vidalaşıb.

 

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev 1/16 final mərhələsində yarışa start götürüb. 22 yaşlı cüdoçumuz Syerra-Leonedən olan Frederik Harrislə üz-üzə gəlməli idi. Lakin özündən 15 yaş böyük olan rəqibi çəki mərasimində iştirak etmədiyindən, Fətiyev Olimpiadada texniki qələbə ilə mərhələ adlayıb.

 

Onun 1/8 finaldakı rəqibi monqolustanlı Səid Mollayi olub. 2018-ci ildə Bakıda dünya çempionu tituluna yiyələnən İran əsilli cüdoçu həmyerlimizə heç bir şans verməyib. O, vazari ilə qalib gəldiyindən, Fətiyev Olimpiadada çıxışını dayandırıb.

 

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır