Arxiv
27 İyul 2021, 16:35 | AKTUAL
Nazirlikdə 2931 nəfərə 98 təlim keçirilib

Kənd təsərrüfatı sahəsində savadlılığın artırılması, bu sahədə çalışan şəxslərin müasir trendlərə uyğunlaşmasının təmin edilməsi məqsədilə nazirliyin mütəxəssisləri və xarici ekspertlərin təqdimatında aqrar sahə ilə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınmaqla 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində onlayn təlimlərə başlanılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində informasiya texnologiyaları, heyvandarlıq, bitkiçilik, baytarlıq, əkinçilik, tərəvəzçilik, idarəetmə və kargüzarlıqla bağlı təşkil olunan 98 təlimdə 2931 benefisiar iştirak edib.

 

Eyni zamanda, əməkdaşların rəqabətqabiliyyətli inkişafını təmin etmək, idarəetmə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyində əməkdaşların təhsil və ixtisaslaşması istiqamətində xarici təşkilatlarla birlikdə addımlar atılıb. Nazirliyin xarici təşkilatlarla əməkdaşlığı çərçivəsində əməkdaşlar xaricdə təhsil üzrə təqaüd proqramlarına müraciət edib və seçimlərdə qalib olanlar müxtəlif istiqamətlərdə yeni ixtisaslara yiyələnməyə başlayıblar.

 

Nazirliyin Təlim və inkişaf sektoru tərəfindən müasir insan resursları alətləri mütəmadi araşdırılaraq ən son nəzəriyyələrə əsaslanan fəaliyyətlər həyata keçirilib. Bundan başqa, daxili qurumlar və əməkdaşlar arasında sorğular keçirilib, yeni ehtiyacların müəyyənləşdirilməsi istiqamətində datalar toplanılıb.

 

O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətin (GİZ), İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi (MAŞAV) təşkilatları ilə əməkdaşlığı çərçivəsində işçi heyəti dünyada baş verən yeniliklərin, müasir yanaşma və həllərin öyrənilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlərə cəlb olunublar. Eyni zamanda, Təlim və inkişaf sektoru tərəfindən əməkdaşların İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC), Avropa İttifaqı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi SS Komissiyası (UNECE) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kimi xarici və yerli təşkilatların qısamüddətli öyrənmə proqramlarında iştirakı üçün müvafiq işlər görülür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid tabor komandirinin xatirəsi yad edildi 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05 Reza Deqati fəxri diplomla təltif olundu 23 Sentyabr 2021, 17:00
SORĞU Hansı vaksinə etibar edirsiniz?