Modern.az

Fransada peyvənd olunmayanlar işdən çıxarılacaq

Fransada peyvənd olunmayanlar işdən çıxarılacaq

28 İyul 2021, 08:18

Fransada işçilər sanitar pasport təqdim etmədikləri təqdirdə işdən azad oluna bilərlər.


Modern.az xəbər verir ki, bu barədə Fransanın əmək naziri Elizabet Born mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, avqustun 30-dan sanitar pasport bütün işçilər üçün məcburidir.

 

Əmək naziri təsdiqləyib ki, sanitar pasport təqdim etməyən işçi işdən azad oluna bilər.

 

Həssas qrupdan olan insanlarla təmasdakı işçilər üçün peyvənd məcburiyyətinin olduğunu deyən E.Born qeyd edib ki, hədəf vaksinə inamı artırmaq və peyvənd olunmanı asanlaşdırmaqdır.

 

Yeni qəbul edilmiş sanitar qanun layihəsi işçilərə iş vaxtı hesabına peyvənd olunma üçün icazə verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər