Arxiv
29 İyul 2021, 13:51 | DİASPOR
Diaspor nümayəndələrinin Şuşa təəssüratları

Bir neçə gün öncə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələri Şuşaya səfər ediblər. Onlar illər sonra Azərbaycanın əzəli torpaqları olan Qarabağa səfərləri ilə tarixi bir anı yaşamış oldular.

 

Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşdi.

 

Diaspor fəalları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər.

 

Səfərdə iştirak edən bir neçə diaspor nümayəndəsi Şuşa ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Bu gözəl hissi yaşamaq üçün Şuşada olmaq lazımdır...

 

İsveçrə Azərbaycanlılarının  Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov bildirib ki, Qarabağda gördükləri və çəkdikləri kadrları İsveçrə mediasında işıqlandırmağı planlaşdırır:

 

“İçveçrədə yaşayan azərbaycanlı, diaspor nümayəndəsi olaraq Şuşaya səfər etməyim mənim üçün yaddaqalan oldu. O torpağı görmək, ayaq basmaq dilə gətirilə bilməyəcək qədər gözəl hissdir. Bunu hiss etmək üçün Şuşa, Qarabağ torpağında olmaq lazımdır. Axır ki, biz Şuşaya qayıtdıq.

 

Mən söz verirəm ki, İsveçrəyə qayıtdığım gündən tanıdığım bütün isveçrəlilərə Qarabağda, Şuşada gördüyüm mənzərəni çatdıracağam. Ən əsası onlara ermənilərin törətdikləri vəhşilikləri danışacağam. Eyni zamanda, Qarabağ torpaqlarında çəkdiyim şəkilləri, oradan əldə etdiyim məlumatları İsveçrə mediasında işıqlandıracağam”.

 

Şuşalı olmasam da, o torpaq mənim üçün çox önəmlidir...

 

Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da Azərbaycan həqiqətlərini Almaniyada təbliğ etməyə davam edəcək.

 

“Şuşa səfəri ilə bağlı ilkin təəssüratlar çox yüksəkdir. Mənim atam 80-ci illərdə Şuşada çalışıb. Buna görə də mənim uşaqlığımın müəyyən dövrü Şuşada keçib. Düzdür, Şuşa ilə bağlı çox az şey xatırlayıram. Şuşalı olmasam da, o torpaq mənim üçün çox önəmlidir. Şəhər çox sürətlə bərpa olunur. Yenidənqurma işləri aparılır.

 

Almaniyada bizim əsas işimiz bu məsələnin təbliğatı ilə bağlıdır. Qarabağ həqiqətlərinin, işğal zamanı törədilmiş vandalizm aktlarının Avropa cəmiyyətinə çatdırılması üzərində çalışırıq.

 

Bildiyimiz kimi Almaniyada bəzi səbəblərə görə ermənilərə münasibət fərqlidir, onların yazıq imcləri var. Amma buna baxmayaraq, biz 44 günlük Vətən müharibəsində Almaniya tərəfindən Azərbaycana qarşı ciddi bir bəyanat verilməsinə nail olduq”, - deyən diaspor fəalı Şuşada şahidi olduğu erməni valdalizminin Avropa ictimaiyyətinə çatdırılması üçün çalışacağını söyləyib.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır 25 Sentyabr 2021, 17:07 Merkelin şərəfinə qızıl sikkə hazırlandı 25 Sentyabr 2021, 17:00 Kəlbəcər ilk qar yağdı - VİDEO 25 Sentyabr 2021, 16:52 Ötən gün PEYVƏNDLƏNƏNLƏR 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 18 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Nazir yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Zaqatalada sel ölümə səbəb oldu 25 Sentyabr 2021, 16:29 Binəqədidə ağacəkmə aksiyası - Fotolar 25 Sentyabr 2021, 16:22 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?