Modern.az

Daha 4 müəllimliyə namizəd yüksək bal topladı - FOTOLAR

Daha 4 müəllimliyə namizəd yüksək bal topladı - FOTOLAR

30 İyul 2021, 08:03

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində İyulun 29-da müəllimlərin işə qəbulu müsabiqəsində ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirilib.


Təhsil Nazirliyindən Modern.az- bildirilib ki, imtahanlara ümumilikdə 3 min 290 namizəd dəvət olunub.

Musiqi fənni üzrə ən yüksək balı – 59 Gülay Həsənli, Rus dili fənni üzrə isə Təranə Məhərrəmova, Ləman Abbaszadə, Kəmalə Əmiraslanova - 55 bal toplayıb.


Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.


Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi