Modern.az

Ukrayna Türkiyəyə təyyarə göndərəcək

Ukrayna Türkiyəyə təyyarə göndərəcək

Aktual

30 İyul 2021, 13:25

“Meşə yanğınlarının söndürülməsinə yardım məqsədi ilə Ukrayna Türkiyəyə təyyarə göndərəcək”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib.

 

“Dostum, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yanğının miqyası ilə bağlı səmimi başsağlığımı bildirdim. Ukrayna Türkiyəyə bütün vacib yardımları etməyə hazırdır. İyulun 30-da bizim yanğınsöndürən təyyarəmiz Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin günündə dost türk xalqı ilə bir yerdədir”, - V.Zelenski tviter səhifəsində yazıb.

 

Qeyd edək ki, iyulun 27-dən Türkiyənin cənub bölgələrində meşə yanğınları başlayıb. Hadisə nəticəsində nəfər vəfat edib, 183 nəfər isə xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?