Modern.az

Tokio-2020: Boksçumuz yarımfinalda

Tokio-2020: Boksçumuz yarımfinalda

Aktual

30 İyul 2021, 14:50

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

 

Modern.az xəbər verir ki, boksçumuz 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşıb.

 

81 kq çəki dərəcəsində döyüşən Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da Alfonso yarımfinalda iştirakını rəsmiləşdirib. Boksçumuz ən azı bürünc medalı təmin edib.

 

O, yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşacaq. Bu döyüş avqustun 1-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər