Modern.az

YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA

YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA

Aktual

30 İyul 2021, 15:08

“Baş vermiş hadisədən təəssüf hissi keçiririk”.

 

Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev partiyanı parlamentdə təmsil edən deputat Eldəniz Səlimovla bağlı məsələyə münasibət bildirərkən deyib.

 

YAP rəsmisi deyib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək.

 

Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

 

Ötən gündən geniş müzakirələrə səbəb olan hadisə barədə Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb. Bildirilib ki, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimov qohumuna məxsus iaşə obyektində sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

 

Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Fakt üzrə araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?