Modern.az

“Hakimlərin ədalətsizliyi ilə üzləşdim” - Cavid Çələbiyev

“Hakimlərin ədalətsizliyi ilə üzləşdim” - Cavid Çələbiyev

31 İyul 2021, 11:57

"Bu qarşılaşmaya qələbə üçün çıxmışdım və inamla mübarizə apardım. Hakimlərin mənimlə bağlı qələbə qərarı verəcəyini gözləyirdim. Lakin hakimlər haqsızlıq etdilər".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə keçirdiyi səkkizdəbir final görüşündən sonra verdiyi müsahibədə deyib.

 

Təmsilçimiz əvvəlki olimpiadalarda olduğu kimi, yenə də hakim ədalətsizliyi ilə üzləşdiklərini vurğulayaraq bildirib: “Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib gəlmişdim. Ancaq hakimlər ikinci raundda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, “Tokio-2020”də də hakimlərin haqsızlığı ilə üzləşdik”.

 

Qeyd edək ki, C.Çələbiyev rəqibinə 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir