Modern.az

Daşaltının turizm imkanları qiymətləndiriləcək

Daşaltının turizm imkanları qiymətləndiriləcək

31 İyul 2021, 13:17

Avqust ayının 1-də Dövlət Turizm Agentliyinin əməkdaşlarının Şuşa şəhərinə səfəri planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupun iclasında bildirilib.

 

Məlumata görə, səfər müddətində Daşaltının turizm imkanları qiymətləndiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...