Modern.az

Türkiyədə yanğında ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

Türkiyədə yanğında ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

Dünya

1 Avqust 2021, 21:16

Türkiyədə meşə yanğınları nəticəsində həlak olanların sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, yanğın qurbanlarının sayı 8-ə yüksəlib. İndiyədək 864 nəfər meşə yanğınlarından zərər görüb.

 

Bundan öncə isə təbii fəlakət nəticəsində 7 nəfərin öldüyü, 410 nəfərin yaralandığı bildirilirdi.

***

17:50

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri onun almaniyalı həyat yoldaşıdır. 

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, bununla da Türkiyədə yanğınlar zamanı həlak olanların sayı yeddi nəfərə çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?