Modern.az

Ruhani xalqdan üzr istədi  

Ruhani xalqdan üzr istədi  

1 Avqust 2021, 22:25

Səlahiyyət müddəti başa çatan İran prezidenti Həsən Ruhani hakimiyyəti dövründə onun rəhbərlik etdiyi hökumətin yalnış addımlarına görə xalqdan üzr istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ruhani Nazirlər Kabinetinin iclasında bildirib.

 

“Biz çalışırdıq ki, siyasətimizdə səhvlər və çatışmazlıqlar az olsun. Buna baxmayaraq, əgər belə hallar olubsa, buna görə İran xalqından üzr istəyirəm”, - Ruhani deyib.

 

O, həmçinin vurğulayıb ku, xalq həyat səviyyəsindən haqlı olaraq narazıdır, lakin dövlətin iqtisadi müharibə vəziyyətində olduğunu anlamaq lazımdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır