Modern.az

Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI

Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI

2 Avqust 2021, 12:52

Rüşvət almaqda şübhəli bilinərək iyul ayının 23-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.

 

Modern.az Unikal.org-a istinadən məlumat verir ki, o, məhkəmənin qərarı ilə, ev dustaqlığına buraxılıb.

 

Xatırladaq ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. O, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?