Modern.az

Mal-qara oğurlayan qardaşlar saxlanıldı - FOTOLAR

Mal-qara oğurlayan qardaşlar saxlanıldı - FOTOLAR

2 Avqust 2021, 13:16

İyul ayı ərzində Oğuz rayonu Bucaq və Kərimli kəndləri ərazisində vətəndaşlara məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında cinayət əməlini törədən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər də analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Elman və Tariyel İsmayılov qardaşları saxlanılıb.
Araşdırma zamanı qardaşların icarəyə götürdükləri “Renault” markalı avtomobillə bir neçə dəfə Oğuz rayonuna gəldikləri, burada məqsədlərinə nail olduqdan sonra oğurladıqları heyvanları Bərdə rayonunda satdıqları məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, iki baş xırdabuynuzlu heyvan isə onların yaşadıqları evin həyətyanı sahəsindən götürülərək sahibinə geri qaytarılıb.

 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı