Modern.az

MDB ölkələri Olimpiadada necə çıxış edir?

MDB ölkələri Olimpiadada necə çıxış edir?

2 Avqust 2021, 13:53

Tokio Yay Olimpiya Oyunları davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Baltikyanı ölkələri istisan olmaqla, keçmiş sovet respublikaları arasında əsas uğur qazanan ölkə Gürcüstan sayılır.

 

Bu günə qədər 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan Gürcüstan Olimpiada sıralamasında 26-cı yerdədir. 1 qızıl və 1 bürüncü olan Özbəkistan və Belarus 45-ci pilləni bölüşür, 1 gümüş və 5 bürüncü olan Ukrayna 59-cu, 1 gümüşü olan Türkmənistan 65-ci, 3 bürünc medalı olan Qazaxıstan hazırda 69-cu yerdədir.

2 bürünc medal qazanmış Azərbaycan 71-ci yerdədir. Bu ana qədər heç bir medal qazanmamış Ermənistan, Tacikistan, Qırğızıstan və Moldova isə 78-ci pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?