Arxiv
2 Avqust 2021, 13:38 | AKTUAL
Azərbaycan üçün də sınaq məqamı

 

Qardaş Türkiyədəki meşə yanğınları hər bir azərbaycanlını ürəkdən ağrıdır. Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Qəlbimiz ağrıyır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürək ağrısı ilə qarşılayır. Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanında olduğumuzu bildiririk.

 

Azərbaycan dövləti qardaş Türkiyənin bu böyük bəladan xilas olması üçün imkanlarında da artıq qüvvə sərf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbii fəalakətin baş verdiyi ilk anlarda verdiyi bəyanat on milyonluq xalqımızın hər bir vətəndaşının ürək sözlərinin, narahatlıq və həyəcanlarının ifadəsidir. İndi Azərbaycanda bu fəlakətdən narahat olmayan, acı təəssüf və həyəcan keçirməyən vətəndaş yoxdur. Qarabağ müharibəsində olduğu kimi, bu gün də Azərbaycan – Türkiyə, Türkiyə – Azərbaycandır. Təbiətin bu arzuedilməz sınağı Azərbaycanla Türkiyəni bir daha qardaşlaşdırır, birləşdirir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bir daha özünün varlığını nümayiş etdirir. Türkiyənin meşə yanğınlarından xilas olması, bu böyük fəlakətin aradan qaldırılması Azərbaycan üçün də böyük sınaq və məsuliyyətli bir vəzifədir.

 

İnanırıq ki, Türkiyəni bürüyən alov söndürüləcək, qardaş türk xalqının başının üstündən duman çəkiləcəkdir. Bu dəhşətli fəlakəti törədən qatillər, namərdlər və xainlər cəzalarına çatacaqlar.

 

Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!

 

Hər an yanındayıq, Türkiyə!

 

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti, 

Milli Məclisin deputatı, akademik

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42 Hacıqabulda şəhid Ruslan Baladov ad günündə anılıb - FOTOLAR 18 Sentyabr 2021, 12:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?