Modern.az

Payızda referendum olmayacaq - RƏSMİ

Payızda referendum olmayacaq - RƏSMİ

Aktual

3 Avqust 2021, 14:34

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb.

 

Modern.az-ın məlumatına görə, hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, ölkədə referendum və yaxud hansısa seçkinin keçirilməsinə hazırda heç bir hazırlıq getmir, bu məlumat həqiqəti əks etdirmir.

 

Hakim Yeni Azərbaycan Partiyasından da deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur.

 

Qeyd edək ki, millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təksib edən açıqlamalarla çıxış edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı