Modern.az

Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi

Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi

4 Avqust 2021, 16:40

Azərbaycan karateçilərinin “Tokio-2020” Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edəcək.

 

Olimpiadada 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanov (Qazaxıstan) ilə üz-üzə gələcək.

 

Digər karateçimiz Firdovsi Fərzəliyev (67 kq) A qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) olacaq.

 

Qadın karateçimiz İrina Zaretska (61 kq-dan yuxarı) B qrupunda Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə qarşılaşacaq.

 

F.Fərzəliyev avqustun 5-də, Ondan bir gün sonra R.Ağayev, avqustun 7-də isə İ.Zaretskaya mübarizəyə qoşulacaq.

 

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı təmin edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?