Modern.az

İraqdakı ABŞ hərbçilərinə hücum edilib

İraqdakı ABŞ hərbçilərinə hücum edilib

4 Avqust 2021, 22:39

ABŞ-ın İraqdakı hərbi hissəsinə məxsus avtomobil karvanı silahlı hücuma məruz qalıb.

 

Modern.az xəbər verir ki, İraqın Küveyt ilə sərhədində yerləşən Carşin bölgəsindən Bağdad istiqamətinə hərəkət edən avtomobil karvanı atəşə tutulub. Silah-sursatla yüklü olan hərbi avtomobillərə ciddi ziyan dəyib.

 

Mətbuatda yer alan xəbərlərə görə, avtomobil karvanı ABŞ-ın Küveytdəki hərbi bazasından İraqdakı hərbçilər üçün silah-sursat daşıyıb. Bu bölgəyə İraq hökuməti tərəfindən nəzarət edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir