Modern.az

Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO

Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO

Aktual

4 Avqust 2021, 23:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

 

Bu barədə Modern.az-a FHN-ə istinadən xəbər verir.

 

Ötən gün Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi nəticəsində Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb. Eyni zamanda, Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar istiqamətində davam edən yanğın ocaqlarının söndürülməsi istiqamətində lazımi tədbirləri davam etdirirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür