Modern.az

11 nəfər dərmandan zəhərləndi, 4-nü gürzə sancdı  

11 nəfər dərmandan zəhərləndi, 4-nü gürzə sancdı  

5 Avqust 2021, 11:26

Son 10 gündə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən müraciətlərin sayı və səbəbi açıqlanıb.

 

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az-a bildirib ki, 10 gün ərzində 3-ü Bakı kəndində, 1-i rayonda olmaqla, 4 nəfəri gürzə ilan sancıb.

 

A.Maqsdovun sözlərinə görə, 4 nəfərin hamısı böyüklər olub:

 

“Xəstələrə zərdab vurulub, onlar arasında ölən olmayıb. Bundan başqa, 3 nəfər sirkə turşusu ilə zəhərlənib, onlar arasında da ölüm qeydə alınmayıb.

 

11 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib, 9-nu xəstəxanaya qəbul etmişik. Zəhərlənənlərdən 2-si uşaqlar olub. Zəhərlənmələr əsasən, həkim təyinatındakı dərmanların qəbulu zamanı doza həddinin aşılması ilə müşayiət olunub. Hesabat dövründə 5 nəfər allergik reaksiya ilə müraciət edib”.

 

Baş toksikoloq bildirib ki, COVID-19 peyvəndindən sonra 3 nəfərdə narahatlıq yaranıb:

 

“10 gündə 3 nəfər peyvənd olunan şəxs müraciət edib. Onlarda qızarma, qaşınma, temperatur yüksəlməsi, isterik reaksiyalar olub. Məsələhət alıb evə buraxılıblar, qorxulu vəziyyət yaşanmayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir