Türkiyədə meşə yanğınları ilə mübarizəyə “Bayraktar TB2” PUA-ları da qoşulub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Dəmir özünün Tvitter hesabında məlumat yayıb.
O bildirib ki, meşə yanğınları ilə mübarizənin başlamasından etibarən PUA-lar ümumilikdə 1835 saat havada qalıb. Pilotsuz uçuş aparatları 103 yanğın yerini ilk anda aşkar etməyi bacarıb.
Qeyd edək ki, “Bayraktar TB2” PUA-ları Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilir. PUA-lar ötən il Vətən Müharibəsi zamanı Azərbaycanın Ermənistan ordusunu məhv etməsində önəmli rol oynayıb.