19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
9 Avqust 2021, 19:08 | DİASPOR
Qarabağdakı yenidənqurma işləri Fransa mediasında  

Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın “Causeur” portalında “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi dərc edilib.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumata görə, xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.

 

Müəllif öz məqaləsində Bakı şəhərində məscidlərin, sinaqoqların, pravoslav və erməni kilsələrinin ahəngdar şəkildə fəaliyyət göstərdiyini vurğulayır, işğaldan azad edilmiş torpaqlarda böyük dağıntılar olduğu, minalardan təmizlənmə işlərinin aparılması, Ermənistanın bütün mina xəritələrini verməkdən hələ də imtina etməsi nəticəsində mülki insanların, o cümlədən jurnalistlərin həlak olmasını qeyd edir.

 

 

Məqalədə Qarabağda yeni infrastrukturun qurulması, Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılması, müharibə zamanı Azərbaycanın dahi şəxsiyyətləri Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bura qaytarıldığı, xarici ölkələrdən çoxsaylı nümayəndələrin Azərbaycanın qədim Şuşa şəhərinə səfər etməsi, döyüşlərin izlərinin qaldığı Şuşada olarkən azərbaycanlıların kövrəldikləri, 2010-cu ildən Fransa vətəndaşlığı olan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın 28 il sonra doğulduğu Qubadlı rayonunun Xanlıq kəndini ziyarət etdiyi, lakin öz ata evinin yalnız izlərini tapdığı, habelə yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmağı, sülh və təhlükəsizlik şəraitində yaşamağı arzuladıqları və sair nəzərə çatdırılıb.

 

O cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Fransadakı keçmiş səfir Elçin Əmirbəyovun və digər şəxslərin fikirlərinə yer verilib.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan fransız tarixçi və jurnalist Alən Rumestanın məqaləsi Fransada yaşayan erməniləri olduqca hiddətləndirib. Ermənilərə məxsus https://www.armenews.com/ saytında yerləşdirilən “İki fransız Azərbaycanı tanıtdırır” sərlövhəli məqalədə iddia edilib ki, Alain Roumestan və Grégory Herpe “bu bölgələrdə lazımi qaydada müşayiət olunur”. Tanınmış jurnalistlərin ünvanına “müntəzəm şəkildə Azərbaycana işlədiyi” və başqa böhtanlar yağdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda koronavirusa yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28 Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR 18 Oktyabr 2021, 18:12