Modern.az

Azərbaycanda koronavirusa rekord YOLUXMA: 14 nəfər öldü

Azərbaycanda koronavirusa rekord YOLUXMA: 14 nəfər öldü

Hadisə

12 Avqust 2021, 15:04

Azərbaycanda koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?