Modern.az

Abituriyentlərin nəzərinə: ixtisas seçiminin vaxtı açıqlandı

Abituriyentlərin nəzərinə: ixtisas seçiminin vaxtı açıqlandı

Təhsil

17 Avqust 2021, 10:22

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.

 

Modern.az xəbər verir ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

 

Qeyd edək ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.

 
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar  da nəşr edib.

 
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya başa çatdıqdan sonra) çap ediləcək.

Kitabçaları “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?