Arxiv
17 Avqust 2021, 12:17 | İQTİSADİYYAT
Aqrokadr.az karyera portalı təqdim olundu

Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb. 

 

Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “Namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.  

 

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı  ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar. Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssisləri öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.

 

Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.

 

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Emin Əliyev qeyd edib ki, aqrokadr.az saytı aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü rolunu oynayacaq. O, portalın üç prinsip operativlik - imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq - karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq - fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma ilə fəaliyyət göstərəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45