Modern.az

Bakını Naxçıvan və Türkiyə ilə birləşdirəcək yollar - DETALLAR

Bakını Naxçıvan və Türkiyə ilə birləşdirəcək yollar - DETALLAR

18 Avqust 2021, 11:05

Avqustun 17-də Moskvada üçtərəfli komissiyanın növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə ediblər.

 

Görüşdə bu ilin sonuna qədər Bakı-Laçın-Gorus-Sisian-Naxçıvan-Türkiyə avtomobil yolunun açılması təklif olunub. Bundan başqa, 2023-cü ilin sonuna qədər Bakı-Horadiz-Mehri-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin istifadəyə verilməsi də müzakirə olunub.

 

Məlumata görə, həm avtomobil yolu, həm də dəmir yolu xəttinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar