Modern.az

49 dövlət əmlakı hərraca çıxarılacaq

49 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat

23 Avqust 2021, 18:29

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac sentyabrın 21-də təşkil ediləcək.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, hərraca 49 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış binası, 32-si nəqliyyat vasitəsidir.

 

Qeyd edək ki, özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

 

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi