Modern.az

Baş nazirin maşını satışa çıxarıldı

Baş nazirin maşını satışa çıxarıldı

30 Oktyabr 2012, 18:18

Türkiyənin mərhum baş naziri Bülənt Ecevitin istifadə etdiyi 1999-cu il istahsalı olan BMW markalı avtomobil xanımı Rahşan Ecevit tərəfindən satışa çıxarılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, eks-baş nazirə aid 34 RBE 99 nörmə nişanlı zirehli avtomobil 39 min lirəyə (19.5 min AZN) satılır. Artıq avtomobilin satılması ilə bağlı elanlar yerləşdirilib. Hətta mərhum baş nazirin sağlığında sükanı arxasında əyləşdiyi bu avtomobili almaq üçün xeyli sayda alıcının olduğu da bildirilir.

Mərhum ailə üzvləri isə Bülənt Ecevitə məxsus maşının nə üçün satılması haqda açıqlama vermək istəmədiklərini  vurğulayıblar.

 

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?