Tarix elmləri doktoru Nəsib Nəsibli qardaş Türkiyədəki elmi-pedaqoji fəaliyyətini başa vurub.
Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:
“Ankara Universitesi Dil və Tarix-Coğrafiya Fakültəsində 5 il çalışdıqdan sonra Vətənə dönməyə qərar vérdim”, - N.Nəsibli deyib. O, bundan sonrakı elmi-pedaqoji fəaliyyətini Azərbaycanda davam etdirəcək. N.Nəsibli 1992–1994-cü illərdə Azərbaycanın İrandakı səfiri olub.
1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışıb. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləyib.
2005-ci ildə 3-cü çağırış Müsavat Partiyasının namizədi olaraq Milli Məclisə keçirilən seçkilərdə deputat mandat qazanıb.
2014-cü ildə Müsavat Partiyasından istefa verib.
A.Qorxmaz